Paytaxtda ər həyat yoldaşından xəbərsiz evi və torpaq sahəsini saxta sənədlə satıb.
Live.Az Xəzər TV-yə istinadən məlumat verir ki, zərərçəkmiş qadın belə iddia edir.
Paytaxt sakini Nəzakət Bağırovanın sözlərinə görə, həyat yoldaşı Əzizəli Bağırov onların birgə yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsindəki evi və torpaq sahəsini ondan xəbərsiz satıb.
Zərərçəkmiş qadının sözlərinə görə, birgə nikahdan olan oğlu da həmin evdə qeydiyyatdadır. Hətta oğlunun da evin satılmasından xəbəri olmayıb. Əvvəllər həyat yoldaşı bir neçə dəfə qadından evin sənədlərini almaq istəsə də Nəzakət Bağırova “kupçan”ı ona verməyib. İndi qadın iddia edir ki, həyat yoldaşı Əzizəli Bağırov evi və torpaq sahəsini saxta sənədlə “makler” vasitəsilə satıb.
Suraxanı rayon İcra Hakimiyyətindən bildiriblər ki, qadının iddiası araşdırılacaq. Əgər həqiqətən də məsələ onun dediyi kimi olarsa, yəni ev və torpaq sahəsi saxta sənədlə satılıbsa, bu barədə rayon hüquq-mühafizə orqanlarına məlumat veriləcək.