Mixail Saakaşvili Ukrayna ərazisinə daxil olub

Mixail Saakaşvili Ukrayna ərazisinə daxil olub



Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.

APA-nın “112ua”-ya istinadən verdiyi xəbərə görə, sərhəddə Saakaşvilinin tərəfdarları ilə onun Ukrayna ərazisinə keçməsinə mane olmağa cəhd edən sərhədçilər arasında qarşıdurma yaranıb.

Daha sonra polis kordonunu yaran tərəfdarlarının müşaiyət ilə M.Saakaşvili Ukrayna ərazisinə daxil olub. Bundan əvvəl Odessa vilayətinin sabiq qubernatoru Polşanın “Şeqeni” nəzarət-keçid məntəqəsini maneəsiz keçib.

***


Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.

Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili yenidən öncəki planına qayıdıb və sərhədi avtomobil sərhəd-keçid məntəqəsindən keçməyə qərar verib. M. Saakaşvilinin tərəfdarları onu “Krakoveç” sərhəd-keçid məntəqəsində qarşılamaq üçün Mostiska yaşayış məntəqəsinə toplaşıblar. M. Saakaşvili keçirdiyi mətbuat konfransında deyib ki, qanuni yolla Ukrayna ərazisinə daxil olmağa çalışacaq: “Bunun üçün mənə ukraynalı sərhədçilərlə əlaqə yaratmaq lazımdır. Dəmir yol vağzalında bunu etmək mümkün olmadı”.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko da M. Saakaşvili ilə birlikdədir. Y. Timoşenko deyib ki, M. Saakaşvilini qanunsuz Ukrayna vətəndaşlığından məhrum edildiyi üçün onunla birlikdədir: “Biz buradja həm də Ukraynamnı kriminal diktaturadan qoruyuruq”.

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.



***


Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə əlaqədar Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri