Bankın sabiq xəzinədarı 8 il müddətinə azadlıqdan məhrum edilib
- 11.09.2017, 13:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
APA