“Qarabağ” Çempionlar Liqasının ilk oyununda uduzub

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda uduzub



Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Live.Az-ın xəbərinə görə, C qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İngiltərənin “Çelsi” komandasının qonağı olub.

“Stemford Bric” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.

“Çelsi”nin heyətində qollari Pedro Rodriqez (5-ci dəqiqə), David Zappakosta (30), Sezar Aspilikueta (55), Bokayako (71), Batşuayi (76 və 82) vurublar.

Bu qrupun digər oyununda isə İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” klubları 0:0 hesablı bərabərliyə qalıblar.


Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

Baş hakim: Anastasios Sidiropulos
London. “Stemford Bric” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri