BVF: Azərbaycanın bank sektorunda restrukturizasiya davam etməlidir
- 13.09.2017, 18:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ölkənin bank sisteminin restrukturizasiyası prosesinə daxildir".
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABB və bank sektorunun digər iştirakçıları ətrafında gedən proseslər Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə müzakirə olunub: "Bu məsələlərin həlli məqsədilə bu günə qədər konkret addımlar atılıb. Bu da maliyyə və bank sisteminə inamı artıracaq, riskləri isə azaldacaq. Bundan sonra bankların fəaliyyəti üçün dəstək göstərilməlidir. Bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalıdır, restrukturizasiya davam etməlidir. Digər ölkələrin təcrübələri göstərir ki, hər böhranda qərarlı addımların atılması zəruridir. Bu cür şəraitdə risklərə daha az məruz qalmaq üçün yaxşı imkan yaranır".
APA