Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Avropanın daha 16 güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayıb.
Bu gün E, F, G və H qruplarındakı komandalar meydana çıxıblar.
İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürüb.
İkinci oyun günündə baş tutan “Liverpul”la “Sevilya”, “Tottenhem”lə “Borussiya” arasında görüşlər azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Hər iki oyunda 4 qol vurulsa da, nəticələr fərqli olub. Mersisaydlılar doğma meydanda ispanların müqavimətini qıra bilməyiblər - 2:2.
Londonda isə meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.
Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxıb. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olub. Səfərdə oynamasına baxmayaraq, inamlı təsir bağışlayan Şenol Güneşin yetirmələri 3:1-i bayram ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
13 sentyabr
E qrupu
“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) - 1:1
Qollar: Bohar, 85 - Səmədov, 59
“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:2
Qollar: Firmino, 21, Salah, 37 - Ben Yedder, 5, Korrea,72
F qrupu
“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: Con Stons, 2, 63, Aquero, 10, Qabriel, Jesus, 25
“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) - 2:1
Qollar: Tayson, 15, Ferreyra, 58 - Milik, 72 (pen.)
G qrupu
“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) - 1:1
Qollar: Forsberq, 33 - Tilemans, 34
“Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Tosiç, 21 (öz qapısına) - Taliska, 13, Cenk Tosun, 28, Babel, 88
H qrupu
“Real” (İspaniya) – APOEL (Kipr) - 3:0
Qollar: Ronaldo, 12, 51 (pen.), Ramos, 61
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qol: Son, 4, Keyn, 16, 60 - Yarmolenko, 11
APA