Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox ciddi səy göstərməliyik"
- 20.09.2017, 11:02,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.
APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı qeyd edib.
Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: “Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.