Velosiped qəzalarında ölənlərin sayı açıqlandı
- 20.09.2017, 11:04,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin 8 ayı ərzində Azərbaycanda 21 velosiped qəzası baş verib.
Live.Az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçilərin təqsiri səbəbindən baş verib və nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Digər hadisələr isə velosipedçilərin avtomobil tərəfindən vurulmasına görə baş verib.
Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər: “Yol hərəkəti haqqında” qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var”.