Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik

Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik



Azərbaycanda qapalı məkanlarda sulu qəlyanın qadağan edilməsi ilə bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə edilən təklif nəzərə alınıb və layihəyə müvafiq dəyişiklik edilib.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir: "Ona görə sulu qəlyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilib".

Deputatın sözlərinə görə, qanun layihəsi payız sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, layihənin Milli Məclisdə ikinci oxunuşu zaman deputatlar sulu qəlyanın da qadağan olunmasını təklif etmişdi.
Şərhlər
Sosial bölməsinin xəbərləri