DTX rəisi: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub
- 24.09.2017, 14:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Uşaqların da ölməsi faktları var”
"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev deyib.
M. Quliyev bildirib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.
***
Mədət Quliyev: 900 azərbaycanlı İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədirÜmumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub.
Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib.
M. Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.
APA