ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb

ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirməyə başlayıb



ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub.

Bildirilir ki, bu ilin fevralında M. Meredis Azərbaycan hökuməti tərəfindən diplomatların Cocuq Mərcanlıya təşkil olunmuş səfərinə qatılıb: “USAİD nümayəndəsi orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimaiyyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsinin icrasının koordinasiyasını həyata keçirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadi bərpaya olan ehtiyacları müəyyənləşdirib. İyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndəlikləri keçirilən ilə bir neçə görüşlərdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem emalı məntəqəsinin inşasında yardım olunmasında xahiş ediblər. Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən layihənin reallaşdırılması, həm də oxşar layihələrin gələcəkdə həyata keçirilməsi üçün səfərbər olub”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri