ARDNF-nin 2017-ci il büdcəsinə dəyişikliklər prezidentə təqdim olunub
- 27.09.2017, 22:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.