Faiq Ağayevlə Röya Arasında qalmaqal

Faiq Ağayevlə Röya Arasında qalmaqal



İki gün öncə əməkdar artist Röya Ayxan jurnalistlərlə görüşündə işlətdiyi “konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram” fikirləri şou aləmində müzakirəsiz ötüşməyib. Live.az-ın məlumatına görə, əməkdar artistin bu sözlərinə xalq artisti Faiq Ağayev biganə qalmayıb. Mövzuyla bağlı F.Ağayevin mətbuat xidməti müraciət yayıb:


"Əslində, xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm.

Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum.

Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra ATV-də yayımlanan Yusif Ağayevin "106 HOUSE" verilişinə zəng edib, canlı yayımda olan hələ gənc, peşəkar səhnədə yenicə addımlamağa başlayan Röyaya bunu dedim:

"Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu!".
Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam.

Əgər jurnalistlərimizə inansaq, yaşı sənət stajım qədər olan Röya dünən bu ifadələri işlədib:

"... demək istəyirəm ki, Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilərdən birincisi elə özüməm, ikincini axtarıram".
( primetime )

Digər mənbəyə görə isə bunları deyib:

"Məncə, birinci mənəm. İkincini axtarıram... Azərbaycanda ən çox bilet satan müğənniyəm".
( https://youtu.be/8uhwJIy_MGM )

İbtidai sinif şagirdi də primitiv riyazi hesablamalar aparsa, bəllidir ki, 1991-ci ildən bu yana heç bir çağdaş müğənnimiz keçirdiyim solo-konsert sayına, gələn tamaşaçı, qazanılan qonorar, dövlətə ödənilən verginin miqdar və miqyasına çatmayıb.

Bu məsələdə müasir estradamızda rəqibim birmənalı, mübaliğəsiz şəkildə yoxdur.

2007-də keçirdiyim 5 günlük anşlaqlı solo-konsert rekordumu da hələ ki, heç kim nə əldə edib, nə də ki yeniləməyib.

Röyanın uğurla keçirdiyi konsertlərini, layihələrini heç vaxt kölgəyə alıb, böyük zəhmətini danmamışam, incikliyinə səbəb olmamışam. Əksinə, həmkarımı çəkinmədən səmimi təbrik edib, sevinmişəm nailiyyətlərinə. Və, çox güman ki, o, dediklərini (əgər doğrudan da belə deyibsə) əslində özünə qarşı yönəlmiş, növbəti media qalmaqalı üçün əvvəlcədən düşünülmüş təhrik (provokasiya) tələsinə düşərək, bilmədən söyləyib. Mən bu dəqiqəyə kimi məhz belə düşünmək istəyirəm.
Çünki, belə deyilsə, çox ayıb bir mənzərə yaranır. Ədalətsiz iddia, əsassız təkəbbür, utancverən əda və lovğalıq. Nə yüksək "Əməkdar Artist" adına, nə xalqın gerçək sevimlisi statusuna, yaraşmaz belə səbəbsiz "ixtira"."




Faiq Ağayevlə Röya Arasında qalmaqal
Faiq Ağayevlə Röya Arasında qalmaqal
Faiq Ağayevlə Röya Arasında qalmaqal
Faiq Ağayevlə Röya Arasında qalmaqal

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri