Nazir: "İlin sonunadək Bakının bütün parkları pulsuz "wi-fi" ilə təmin olunacaq"

Nazir: "İlin sonunadək Bakının bütün parkları pulsuz "wi-fi" ilə təmin olunacaq"



"Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var".

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.

Nazir bildirib ki, "ictimai wi-fi" layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib: "Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz "wi-fi" ilə təmin olunması nəzərdə tutulur".



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri