Azərbaycanda enerji istehsalı azalıb

Azərbaycanda enerji istehsalı azalıb Azərbaycanda bu ilin iyun ayında ölkə enerji sistemində 1,5 mlrd. kilovatsaat elektrik enerjisi istehsal edilib.


“Azərenerji” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu göstərici illik müqayisədə 6,3% azalıb. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.


Bundan başqa, bu ilin ötən altı ayı ərzində isə 10,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 1,8% azdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri