XİN İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"na münasibət bildirib
- 02.10.2017, 11:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir".
Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktaybrın 1-də İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"nu şərh edərkən deyib.
"Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq", - deyə o bildirib.