MBNP: Devalvasiya əhali ilə kredit təşkilatlarını üz-üzə qoydu
- 06.10.2017, 11:33,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda ikiqat devalvasiya bank və maliyyə sektoruna təsirsiz ötüşməyib. İkiqat devalvasiya nəticəsində, mikromaliyyə institutlarının xarici valyutada olan öhdəlikləri artdı".
Bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində izafi yüklə yüklənmiş əhali ilə maliyyə institutları üz-üzə qalıb: "Nəticədə portfelin keyfiyyətində zəifləmə gördük, sektor zərərlə üzləşdi. Bu, müştərilərin itirilməsi və sektorun aktivlərinin azalması ilə nəticələndi. Həmin dövrdə zəif iqtisadi artım müşahidə olunurdu. Artıq atılan addımlar və uğurlu siyasət nəticəsində biz 2017-ci ildə müsbət iqtisadi artımın olduğunu görürük. Bu xüsusi ilə qeyri-neft sektoru inkişafı istiqamətində idi. Belə bir dövrdə, 2016-cı ilin əvvəllərində Maliyyə Bazarlarına Nəzarət Palatası Yaradıldı. Palatanın hədəfi ilk növbədə sektorda sabitliyin təmin olunması istiqamətində idi. Palata mikromaliyyə təşkilatları ilə bağlı sağlamlaşdırma tədbirləri həyata keçirtməyə başladı. Sektora zərərli olan, iqtisadiyyata zərərli olan maliyyə institutları sektordan uzaqlaşdırıldı".
A.Zülfüqarov əlavə edib ki, hazırda sektorda 123 bank olmayan kredit təşkilatı mövcuddur. Onun sözlərinə görə, hazırda bu sektor mənfəətlə işləyir: "Gözləntimiz ondan ibarətdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin sonuna qədər öz hədəflərinə nail olacaq. Növbəti ildə biz dayanıqlığa və maliyyə inklüzivliyinin artırılmasına yönəlməliyik. Hazırda Palatada bununla bağlı fundamental təhlillər aparılır. Fürsətdən istifadə edib Assosiasiyanın nümayəndələrini əməkdaşlığa çağırıram".
APA