“Neyt” ABŞ-da 100 mindən çox insanı elektrik enerjisindən məhrum edib

“Neyt” ABŞ-da 100 mindən çox insanı elektrik enerjisindən məhrum edib


“Neyt” qasırğası səbəbindən ABŞ-ın Missisipi və Alabama ştatında 100 mindən çox insan elektrik enerjisindən məhrum olub.

APA-nın “ABC News” telekanalına istinadən verdiyi məlumata görə, mütəxəssislər enerji təchizatının bərpası istiqamətində işləri davam etdirir.

ABŞ Qasırğaları Müşahidə Mərkəzi “Neyt” qasırğasının tufan səviyyəsinə endiyini, tufanın mərkəzində küləyin sürətinin saatda 110 km olduğunu açıqlayıb. Hazırda “Neyt” saatda 37 km sürətlə şimala doğru hərəkət edir.

Qeyd edək ki, bundan öncə Luiziana və Florida ştatlarında “Neyt” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Missisipi ştatının bir neçə dairəsində də fövqəladə vəziyyət rejimi elan olunub.

Xatırladaq ki, “Neyt” qasırğası Mərkəzi Amerikada 20 nəfərdən çox insanın ölümünə səbəb olub.



***




Neyt qasırğası şənbə günü axşam ABŞ sahillərinə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, , qasırğa Missisipi deltası rayonunda quru üzərindən keçir.

Küləyin maksimal sürəti saatda 140 kilometrə çatır.

ABŞ Milli Hava Xidməti Yeni Orlean (Luiziana ştatı) üçün tropik tufan xəbərdarlığı elan edib.

Xatırladaq ki, Neyt tropik qasırğası Mərkəzi Amerikada 22 nəfərin ölümünə səbəb olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri