Gəncədə 4 bal gücündə zəlzələ qeydə alınıb
- 22.04.2013, 11:22,
- Hadisə / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhərində bu dəqiqələrdə hissediləcək dərəcədə zəlzələ qeydə alınıb. Bu barədə Trend-ə şəhər sakinləri məlumat verib.
Sakinlərin məlumatına görə, zəlzələ hiss olunan zaman iki təkan qeydə alınıb. Sakinlər heç bir dağıntının qeydə alınmadığını bildiriblər. Bəzi orta məktəb binalarının şüşələri sınıb.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə Gəncə şəhərində yeraltı təkanın baş verməsi faktını təsdiqləyib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindan Trend-ə bildiriblər ki, Nəbiağalı ərazisində 11:14 radələrində (Gəncədən 22 kilometr şimal-qərbdə) 10 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.