DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Bu gün C, E və F qrupuna yekun vurulub.
C qrupunda mübarizə aparan yığmamız Almaniyaya 5:1 hesabı ilə uduzub, Çexiya San Marinonu darmadağın edib - 5:1. Norveç isə Şimali İrlandiyanı tək qolla xalsız qoyub.
E qrupunda Polşa evdə Monteneqronu məğlub edərək mundiala birbaşa vəsiqə qazanıb. Danimarka isə Rumıniya ilə bərabərliyə razılaşıb və ikinci olub.
F qrupunda isə lider İngiltərə Litva səfərində qalib gəlib. Slovakiya Maltanı məğlub edərək, Şotlandiyanın da Sloveniya ilə matçda xal itirməsindən yararlanıb və ikinci pilləni ələ keçirib.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
X tur, 8 oktyabr
C qrupu
Çexiya - San-Marino - 5:0
Qollar: Krmençik, 8, 23, Kopiç, 27, Novak, 71, Kadleç, 83
Norveç - Şimali İrlandiya - 1:0
Qol: Brunt, 71 (öz qapısına)
Almaniya - Azərbaycan - 5:1
Qollar: Qoretzka, 9, 66, Vaqner, 55, Rüdiger, 64 - Ramil Şeydayev, 34
E qrupu
Danimarka – Rumıniya - 1:1
Qollar: Eriksen, 59 (pen.) - Deak, 88
Polşa - Monteneqro - 4:2
Qollar: Maçinski, 6, Qrosiçki, 16, Levandovski, 85, Stoykociç, 87 (öz qapısına) - Muqosa, 78, Tomaşeviç, 83
Qazaxıstan - Ermənistan - 1:1
Qollar: Turisbek, 62 - Mxitaryan, 26
F qrupu
Slovakiya – Malta - 3:0
Qollar: Nemec, 33, 62, Duda, 69
Litva - İngiltərə - 0:1
Qol: Keyn, 27 (pen.)
Sloveniya - Şotlandiya - 2:2
Qollar: Bezyak, 52, 72 - Qriffits, 32, Snodqrass, 88
Trend