24 yaşlı gənc yol üstündə qatil oldu
- 08.07.2013, 17:37,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gecə Siyəzən şəhərində mübahisə üstündə qan tökülüb. Siyəzən rayon polis şöbəsinin rəis müavini Yusif Ələsgərovun ANS-in verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Vasif Adil oğlu Tağıyev mübahisə zəminində 1966-cı il təvəllüdlü Azər Zəbişah oğlu Səfərovu qətlə yetirib.
İlkin araşdırmalar zamanı qətlin mübahisə üstündə baş verdiyi məlum olub. Belə ki, Vasif Tağıyev avtomobil idarə edərkən qarşıdan gələn Azər Səfərova yol verməyib. Onların arasında mübahisə baş verib. Mübahisə sonradan davaya çevrilib və tərəflərdən birinin ölümü ilə yekunlaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.