Yuli Qusman:"Bakıda nəfəs almaq rahatdır"

Yuli Qusman:"Bakıda nəfəs almaq rahatdır" "Bakı müasir şəhərdir. Burada nəfəs almaq çox yüngüldür". Bunu Rusiyanın "Sovremennik" jurnalına müsahibəsində tanınmış yerlimiz, kinorejissor Yuli Qusman deyib.


Onun sözlərinə görə, Bakı SSRİ-nin iki şəhərindən biridir ki, (ikincisi Odessa idi) heç kimi milli məsələ maraqlandırmayıb. "Bunun hər hansı əhəmiyyətə malik olduğu mənim ağlıma belə gəlməzdi. Bizim sinifdə iki qızıl, bir gümüş medalçı var idi. Onları iki erməni və bir rus almışdı. Burada heç vaxt diskriminasiya yox idi".


Qusman Bakının rahat nəfəs almalı şəhər olaraq qaldığını deyib. "Bakılılar San Fransisko,Moskva,Tokio bir sözlə, dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq - bir anda bir-birini tanımağa davam edir".
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri