Elmar Məmmədyarov: “Azərbaycan Moldova Ombudsmanı ətrafında yaranmış vəziyyəti diqqətdə saxlayır”

Elmar Məmmədyarov: “Azərbaycan Moldova Ombudsmanı ətrafında yaranmış vəziyyəti diqqətdə saxlayır” “Azərbaycan tərəfi Moldovanın Ombudsmanı Aureliya Qriqoriu ətrafında yaranmış vəziyyəti ciddi müşahidə edir ki, ona qarşı repressiyalara yol verilməsin”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Ermənistan parlamentindəki məlum çıxışından sonra Aureliya Qriqoriunun başına gələnlər xoşagəlməz məsələdir: “Biz hazırda Moldovadakı səfirliyimiz vasitəsilə məsələni ciddi nəzarətdə saxlayırıq ki, Ombudsman Moldovaya qayıdandan sonra repressiya və ya təzyiqlərə məruz qalmasın”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri