Çempionlar Liqasında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 qrupda komandalar növbəti oyunlarına çıxıblar.
Günə Bakıda start verilib. Turun saat baxımından daha tez başlayan yeganə oyunda Azərbaycan çempionu “Qarabağ” ikinci ev matçına çıxıb. Təmsilçimiz qrupda ilk xalını qazanıb - 0:0.
“Çelsi” və “Roma” arasında Londondakı görüş də heç-heçə başa çatıb.
A qrupunun lideri “Mançester Yunayted” Portuqaliyada “Benfika”nı məğlub edib.
Məhsuldar oyunu ilə göz oxşayan PSJ bu dəfə də Belçikada şou göstərib. Fransa təmsilçisi “Anderlext”lə qarşılaşmada 4 cavabsız qola sevinib.
Məhz parislilərə məğlubiyyətdən sonra baş məşqçi dəyişikliyini gerçəkləşdirən “Bavariya” Yupp Haynkesin dönüşündən sonra ilk avrokubok sınağında evdə qələbəyə sevinib. Almanlar "Selitk"ə 3 qol vurublar.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
18 oktyabr
A qrupu
“Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Reşford, 64
MOİK (Rusiya) - “Bazel” (İsveçrə) - 0:2
Qol: Caka, 29, Oberlin, 90
1. Mançester Yunayted 9
2. Bazel 6
3. MOİK 3
4. Benfika 0
B qrupu
“Anderlext” (Belçika) – PSJ (Fransa) - 0:4
Qollar: Mbappe, 3, Kavani, 43, Neymar, 66, Di Mariya, 88
“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0
Qollar: Müller, 17, Kimmix, 29, Hummels, 51
1. PSJ 9
2. Bavariya 6
3. Seltik 3
4. Anderlext 0
C qrupu
“Qarabağ” (Azərbaycan) - “Atletiko” (İspaniya) - 0:0
“Çelsi” (İngiltərə) - “Roma” (İtaliya) - 3:3
Qollar: David Luiz, 10, Azar, 37, 75 - Kolarov, 40, Ceko, 64, 70
1. Çelsi 7
2. Roma 5
3. Atletiko 2
4. Qarabağ 1
D qrupu
“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya) - 2:1
Qollar: Pyaniç, 29, Mancukiç, 84 - Aleks Sandro, 12 (öz qapısına)
“Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1
Qollar: Nikolau, 18 (öz qapısına), Messi, 61, Din, 64
1. Barselona 9
2. Yuventus 6
3. Sportinq 3
4. Olimpiakos 0