“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub
- 18.10.2017, 19:12,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
[img][center][img]http://www.news.life.az/uploads/posts/2017-10/1508353814_img_8733.jpg[/img]
[/img][/center]
Azərbaycan futbol tarixində ilk qeydə alınıb. Bu dəfə də ilkə “Qarabağ” imza atıb.
Ağdam klubu Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun yetirmələri buna “Atletiko” ilə III turun oyununda imza atıb. Qolsuz bərabərlik turnirin əsas raundunda ağdamlıların xanasına ilk xalı yazdırıb.
Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklardakı ən önəmli ilk xal qazandığı matçlar sırasına düşüb. Söhbət ilk qələbələr, ilk qollar deyil, yalnız ilk xallardan gedir.
Maraqlıdı ki, 4 ən dəyərli “siftə”nin hamısı 0:0 hesabı ilə başa çatıb. Bunlardan ikisi “Neftçi”, biri “Kəpəz”, biri “Qarabağ”ın hesabındadı.
Avrokuboklarda ilk xal
24 avqust 1995. “Neftçi” - APOEL (Kipr) - 0:0 (Kuboklar Kuboku)
Çempionlar Liqasında ilk xal
24 avqust 1999. “Neftçi” - APOEL (Kipr) - 0:0
Qrupda ilk xal
20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0 (Avropa Liqası)
Çempionlar Liqasında qrupda ilk xal
18 oktyabr 2017. “Qarabağ” – “Atletiko” (İspaniya) – 0:0
APA