Müğənni Xatun Əliyeva rəqqasə, aktrisa Oksana Rəsulovanın sosial şəbəkə vasitəsilə ötən gün onun barəsində yazdığı tənqidi sözlərə münasibət bildirib.
Bu barədə ifaçının prodüseri paylaşım edib.
“Qısa yazacağam. Mənim sizin kimi uzun yazmağa vaxtım yoxdur. Vaxtımı daha vacib əməllərə, önəmli insanlara xərcləyirəm. Sözüm klaviatura arxasında əyləşən qəhrəmanlaradır. Oyunu həyata gətirməyin, həyatda da “oyunçu” olduğunuzu çox bəlli edirsiniz. Susun, ədəbli olun. Mən danışsam, susdursam, sizə heç xoş olmayacaq”, - deyə o qeyd edib.
///
"Maşın" şouda yer alan müğənni Xatun Əliyeva və reper Elşad Xose qalmaqalına rəqqasə Oksana Rəsulova da qoşulub.
Live.az axşam.az-a istinadən, Oksana keçmiş həyat yoldaşı Elşadın ünvanına Xatunun dediyi sözlərə sərt reaksiya verib:
"Bağışlayın, artıq susa bilmirəm. "Mənim sənin qədər işçim var" nə cümlədir? Xatun, sənin Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban Xanlarovaya nə oldu? Bəs, əlinizi çəkmək, özünüz onun yerinə getmək istəyirdiniz? Kimi işçidir, kimi qulluqçu. Adama deyərlər, belə pulun var, lap yaxşı, lovğalanmaq lazım deyil. Belə hünəriniz çatırdısa, əlinizi götürüb gedərdiniz. Orada boş-boş danışıb, aranı qızışdırmaq lazım deyildi. Ən zəhləm gedən şey yalan və haqsızlıqdır.
Elşada dəstəyəm, nə deyir, düz deyir. Kimsə ora çıxsa, mən ona "getsinə" səs verəcəm. Orada üç nəfər var ki, həqiqətən, onun maşını yoxdur".
Xatun isə prodüserinin vasitəsiylə Oksanaya cavab ünvanlayıb. O, qarşı tərəfə susmağı məsləhət görüb:
"Qısa yazacağam. Mənim sizin kimi uzun yazmağa vaxtım yoxdur. Vaxtımı daha vacib əməllərə, önəmli insanlara xərcləyirəm! Sözüm klaviatura arxasında qəhrəmanlaşanlaradır: oyunu həyata gətirməyin, həyatda da "oyunçu" olduğunuzu çox bəlli edirsiz! Susun, ədəbli olun. Mən danışsam, susdursam, sizə heç xoş olmayacaq".