Gəncədə 4 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib

Gəncənin şərq istiqamətində çıxışında 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


APA-nın verdiyi məlumata görə hadisə bu gün saat 17 30 radələrində Gəncə-Bakı magistral yolunun 4-cü kilometrliyində qeydə alınıb. Belə ki, Gəncə istiqamətində hərəkətdə olan Qasım Namazovun idarə etdiyi “VAZ2107” markalı avtomobilə markası məlum olmayan, hadisə yerindən qaçan naməlum maşın toqquşub. Qəzadan sonra “VAZ” 2107 arxadan gələn Məzahir Yolçuyevin idarə etdiyi “Chevrolet Niva” –a dəyib. Qəza nəticədə “VAZ 2107” nin sürücüsü və onun sərnişinləri 23 yaşlı Tural Rəhimov, 65 yaşlı Sədaqət Fətəliyeva, 55 yaşlı Şəlalə Namazova ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə hazırda yaralıların ikisinin vəziyyəti orta ağırdır.


Xatırladaq ki, qəza uğrayan “VAZ 2107” markalı avtomobil Goranboydan Gəncəyə nişan mərasiminə gedirlərmiş. Faktla bağlı Gəncə şəhər baş polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Hadisə yerində qaçan avtomobilin tapılması istiqamətə axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri