Azərbaycan ət idxalı üçün xərclərini 91% artırıb
- 20.10.2017, 20:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın ət idxalı üçün xərcləri 91% artıb
APA Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə statistik dəyəri 46 mln. 551,95 min dollar olan 30 min 387,31 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10 min 202,85 ton və ya 50,55% çoxdur.
Məbləğ baxımından isə illik artım 22 mln. 251,74 min dollar və ya 91,57% olub.
Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 24 mln. 300,21 dollar dəyərində 20 min 184,46 ton ət idxal edilib.