Tanınmış müğənnimizin 2-ci dəfə ailəsi dağıldı



 
Azərbaycanlı müğənni Elşad Qarayevin oğlu, ifaçı Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb. 


Live.az-ın məlumatına görə, tanınmış ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, ilk dəfədir ki, boşandığını mətbuata açıqlayır: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. 


R.Qarayev daha sonra bildirib ki, 3-cü dəfə ailə qurmayacaq: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.


Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır. 




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri