DTX valyuta qaçaqmalçılığında şübhəli bilinən şəxsləri saxlayıb, onlardan 71 min dollar götürülüb
- 25.10.2017, 20:49,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.
DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.