AFFA Robert Prosineçki ilə müqaviləni uzatmayıb


 Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
APA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə R. Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
 
AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə R. Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
 
Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.
Şərhlər
İdman bölməsinin xəbərləri