Bakıda Dərnəgül bazarında "yanğın" törədilib

Bakıda Binəqədi rayonu Dərnəgül qəsəbəsində tikinti materialları bazarında "yanğın" törədilib.


Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Trend-ə verilən məlumata görə, bu əsl yanğın deyil və təlim xarakterlidir.
Dövlət Yanğından Mühafizə Xidməti qüvvələri yanğın əleyhinə taktiki təlim keçiriblər.


Təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı Dövlət Yanğından Mühafizə Xidməti qüvvələri ilə ərazidəki müəssisələrin qarşılıqlı və operativ fəaliyyətini təşkil etməkdən ibarət olub.


Təlim planına əsasən, taxta sexlərinin birində şərti yanğın təşkil edilib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri "hadisə" yerində yanğının söndürülmə prosesini qısa müddət ərzində tam dəqiqliklə həyata keçiriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri