İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda silahla saxlanılıb
- 30.10.2017, 10:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.
Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.