İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb
- 31.10.2017, 08:35,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Bunun ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov külünglə dəmir yoluna son mıxları vuraraq, Qazaxıstandan gələn 32 konteynerdən ibarət ilk yük qatarını yola salıblar.