Məleykə Əsədova məhkəmə ilə hədələdi: “...cavab verəcək” [Video]

 





“Qürurum hər şeydən üstündür. Mənim varlığıma toxunan hər kəs vəkilim qarşısında cavab verəcək”.


LIVE.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan xalq artisti Məleykə Əsədova deyib. O, bildirib ki, bəzi adamlar hər tamaşa qabağı onun qanını qaraldırlar: “Hər gün yuxudan duran kimi Allaha dua edirəm ki, sevənlərimi və məni xətadan, bəladan, mərdimazardan, şeytan ruhlu insanlardan uzaq elə. Təbii ki, bu həyat varsa, belə şeylər olacaq. Kaş ki, olmaya. Əslində mən istəməzdim ki, bu mövzuda danışım. Elə bilirdim ki, burada sənət haqqında danışacağıq. Mən varam. Var olan insana daş atarlar. Bu mövzularda danışmaq mənim ruhuma uyğun deyil. Mən gözəl duyğularla gözəllik haqqında danışıram. Mənim zamanım yoxdur ki, başqasının həyatına müdaxilə edim. Mənfi yazıları oxumuram, hətta ətrafımda olan insanlara da deyirəm ki, mənə də bu barədə məlumat verməyin. Heç vaxt lazımsız bir şeyə daş atmazlar. İllərdir mənə qarşı qara piyar edənlərə qarşı susmuşam. Mən yenə də bu barədə danışmaq istəmirəm. Çünki barəmdə şər-böhtan danışan insanlar məhkəməyə verilib. Heç kimə icazə vermərəm ki, ailəm barədə nəsə desin. Çünki mən sevgi ilə doğulmuş bir ailədə böyümüşəm. Mən atamla-anamdan daim bir-birlərinə qarşı sevgi görmüşəm. Belə də ruhda qızımı dünyaya gətirmişəm. İndi də sevgimi qızıma verirəm. Heç kimə icazə vermərəm ki, barəmdə artıq-əskik nəsə desin. Mənim səs yazım və icazəm olmadan açıqlamamı yazan jurnalistlər qanun qarşısında cavab verəcək. Bu işlə mənim vəkilim məşğul olur. Buna da məcbur oldum. Çünki 28 ildir ki, səhnədəyəm, daim mənə kimlərsə söz atıb. Kimsə adımı çəkib məşhurlaşır, kimisə isə yaddan çıxıb, adımı çəkib yada düşmək istəyir”.


 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri