Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin sayı artıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi qrupa yeni konqresmenlər üzv olaraq qoşulublar.

Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir. Belə ki, konqresmenlər Mark Medovs (Şimali Karolina ştatı), Cim Braydenstayn (Oklahoma ştatı) və Filemon Velanın (Texas ştatı) üzv olması ilə 113-cü çağırış ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvlərinin ümumi sayı 46-a çatıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri