Paytaxt sakinləri ərzağa 6 mlrd. manatdan çox xərc çəkib
- 04.11.2017, 19:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 13 mlrd. 378,1 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 6 mlrd. 96,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 7 mlrd. 281,9 mln. manata çatıb.
İstehlak məhsullarının 19,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 67,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-sentyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 32,7 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,8%-i hüquqi şəxslərdən, 2,2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.