Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci tur davam edir.
Qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.
Mötəbər yarışın səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.
Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibinə şans verməyib – 3:1. Bu oyuna qədər lider olan Rusiya üzərindəki qələbə yığmamızı turnir cədvəlində birinci pilləyə yüksəldib.
Yarışın sonuna bir tur qalmış millimiz Avropa çempionluğunun bir addımlığında qərarlaşıb.
Qadınlar yığmamız da eyni hesablı qələbəyə sevinib – 3:1.
Komandalararası Avropa çempionatı
VIII tur
Kişilər
Rusiya – Azərbaycan – 1:3
1. Aleksandr Qrişuk (2785) – Şəhriyar Məmmədyarov (2791) – 0:1
2. Yan Nepomnyatç (2733) – Teymur Rəcəbov (2741) – 0:1
3. Maksim Matlakov (2730) – Arkadi Naydiç (2702) – 1:0
4. Daniil Dubov (2677) – Rauf Məmmədov (2678) – 0:1
Turnir cədvəli: 1. Azərbaycan – 13 xal, 2. Rusiya – 12 xal, 3. Ukrayna – 12 xal
Qadınlar
Fransa – Azərbaycan – 1:3
1. Marie Sebaq (2495) – Günay Məmmədzadə (2393) – 0.5:0.5
2. Almira Skripçenko (2399) – Zeynəb Məmmədyarova (2298) – 0:1
3. Silvia Kollas (2288) – Fətəliyeva Ülviyyə (2348) – 0:1
4. Paulino Quşar (2285) – Gülnar Məmmədova (2385) – 0.5:0.5
APA