ABŞ-da kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20-yə yaxını yaralanıb



ABŞ-ın Texas ştatında qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə CBS telekanalı polisdəki mənbələrə istinadən xəbər verib.
 
Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli  olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.
 
Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Son məlumatlara görə, ABŞ-ın Sazerlend-Sprinqs şəhərində açılan atəş nəticəsində 26 nəfər ölüb.



///


ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20-yə yaxını yaralanıb.
 
APA-nın məlumatına görə, 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.
 
Daha sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir.  
 
Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb.  Məlumata görə, Texas ştatının Nyu-Braunsfeld şəhər sakini Devin Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.Cinayətin motivləri müəyyənləşdirilir.
 
Qeyd edək ki, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb.


///


ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində azı 20 nəfər ölüb.
 
Bu barədə ABC telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.
 
İnsident nəticəsində təxminən 30 nəfərin yaralandığı bildirilir.
 
Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
 
CNN telekanalının məlumatına görə, hadisə yerinə polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb edilib. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır.






APA
Şərhlər
Dünya bölməsinin xəbərləri