Vergilər Nazirliyinin yeni inzibati binasının istismara veriləcəyi vaxt açıqlanıb

Heydər Əliyev prospektində yerləşən Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisinin 2018-ci ilin avqust ayının 31-də başa çatdırılması planlaşdırılır.
 
Bu barədə tikintinin podratçısı olan "Tekfen" şirkətinin təqdim etdiyi məlumatlarda qeyd edilib.
 
Məlumata əsasən, layihənin ümumi dəyəri 94 mln. dollardır.
 
Hazırda tikintinin 6,5%-i başa çatıb.
 
Qalan işlərin dəyəri 87 mln. 925,488 min dollar məbləğində dəyərləndirilir.
 
Qeyd edək ki, nazirliyin yeni inzibati binası 31 mərtəbəli olacaq.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri