“Şərq ekspresində qətl” filminin Park Cinemada ulduzlu nümayişi



Tünzalə Ağayeva gənclərlə Kinoteatra ADDIMladı

Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı artıq 3 il davam edən Cinemaya Addımla layihəsinə yenidən start verdi.

 Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist  Tünzalə olub.

Layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.  

Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan əməkdar artistin layihədə iştirakını alqışlayıb.  Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Tünzalə qonaqlarla birlikdə canlı olaraq " Bəhanə Gəzirəm" adlanan son xitlərindən birini ifa edib.  O layihəyə görə təşkilatçılara təşəkkür edib filmlə bağlı bunları söyləyib:

 "Aqata Kristi məni uşaqlıq xatirələrimə aparır. Xatırlayıram uşaqlıqda anam məcbur edirdi məni onun əsərlərini oxuyum. Bu gün isə biz şanslıyıq çünki dünya premierasından 3 gün öncə gənclərimizlə filmi izləyəcəyik".

Qeyd edəkki  filmdə Kennet Brana, Mişel Pfayfer, Djonni Dep, Djudi Dench,Penelopa Krus və başqa məhşur ulduzlar rol alıblar.

Filmin sinopsisi isə belədir: Avropanın ən dəbdəbəli qatarlarının birində səyahət gözlənilmədən tarixin ən maraqlı sirrinə çevrilir. Film qatarın hər birinin şübhə altında olan on üç sərnişininin hekayəsindən danışır. Və yalnız xəfiyyə cinayətkar yeni zərbə vurmazdan öncə bu sirri mümkün olduğu qədər tez bir şəkildə araşdımalıdır.

Detektiv sevən kinomanlar bu filmi 9 noyabrdan Park Cinema şəbəkəsində izləyə bilərlər. Biletlər artıq satışdadır.







 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri