Mərkəzi Bankın valyuta ehtiyatları bu il 31% artıb
- 07.11.2017, 16:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il oktyabr ayının 31-nə 5 mlrd. 200,7 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 195,2 mln. dollar və ya 29,84% çoxdur.
Oktyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.
Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.