Masazırdakı sürüşmə sahəsi yağışlar nəticəsində böyüməkdədir

Son günlər yağan yağıntılar nəticəsində Masazırdakı sürüşmə sahəsində aktivlik artıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib. Onun sözlərinə görə, Abşeron ərazindəki digər sürüşmə sahələrində ciddi dəyişiklik olmasa da, Masazırdakı sürüşmə sahəsində aktivlik davam edir. Sürüşmə sahəsi yağışlar nəticəsində böyüyüb.



B. Qaralov deyib ki, İsmayıllı, Şamaxı rayonlarında və Bakı-Şamaxı yolundakı sürüşmə sahələrində qismən aktivləşmə var: “Elə ərazilər var ki, yağışla əlaqədar həmin ərazilərə baş çəkmək mümkün olmayıb. Yağıntılar dayanan kimi bütün sürüşmə sahələrində təkrar monitorinq keçiriləcək”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri