DÇ-2018-in daha iki iştirakçısı bəlli olub


Rusiyada təşkil olunacaq DÇ-2018-in daha iki iştirakçısı bəlli olub.

 Mərakeş və Tunis yığmaları da həlledici mərhələdə mübarizəaparacaqlar.
 
Afrika zonası üzrə seçmə mərhələnin oyunları zamanı bu iki komandanın mundiala yollanacağı bəlli olub.
 
A qrupunda Tunis öz meydanında Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə edən meydan sahibləri 6 oyundan sonra xalını 14-ə yüksəldib və bu, onlara mundiala yollanmaq üçün kifayət edib.
 
Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub.
 
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
Şərhlər
İdman bölməsinin xəbərləri