İsveçrə və Xorvatiya yığmaları DÇ-2018-ə vəsiqə qazanıblar
- 13.11.2017, 08:52,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan daha ikisinin adı məlum olub.
Live.az-ın xəbərinə görə, İsveçrə yığması Bazeldə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Şimali İrlandiya ilə qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.
İlk oyunda, Belfastda keçirilən matçda İsveçrənin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
İsveçrə 11-ci dəfə futbol üzrə dünya çempionatında iştirak edəcək. Komanda üç dəfə (1934, 1938, 1954-ci illərdə) mundialın ¼ finalınadək yüksələ bilib.
Xorvatiya yığması Pireydə Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.
Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi.
Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın üçüncü pilləsinə yüksəlib.
Bu gün və sabah DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin daha iki oyunu keçiriləcək və Avropadan mundiala yollanacaq son 2 yiğma bilinəcək. Bunlar İtaliya - İsveç (ilk oyun 0:1) və İrlandiya - Danimarka (ilk oyun 0:0) yığmalarının cavab görüşlərində bilinəcək.