"İkinci pərdə" filminin qala gecəsi baş tutub



Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında  16 noyabr tarixindən böyük ekranda çıxacaq “İkinci Pərdə” filminin gecəsi reallaşıb.


Live.az xəbər verir ki,  təqdimatda filmin qəhrəmanları ilə yanaşı kino dünyasının tanınmış simaları iştirak edib.


Yaradıcı heyət daha sonra kamera qarşısına keçiblər, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.


Filmin baş prodüseri Orxan Mərdan, rejissoru isə Emil Quliyevdir.


Rejissor Emil Quliyev deyib ki, “İkinci Pərdə” filmi birinci böyük layihəsi olan “Pərdə”dən daha çox uğur qazanacaq.


“İkinci Pərdə” filmin sujeti xəyanət üzərində qurulub. Evdə həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansi addımları atacaq? Bu tamaşaçıya məlum deyil.


Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.


Qeyd edək ki, Emil Guliyevin daha öncə çəkdiyi “Pərdə” filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır. “İkinci Pərdə”nin də eyni səs-küyə səbəb olacağı gözlənilir.






















 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri