Azərbaycan ərazisində 6 bal gücündə zəlzələ olub: İlkin məlumata görə, zəlzələ nəticəsində tələfat yoxdur



Zəlzələ nəticəsində Tərtərin İsmayılbəyli kəndində Qubadov Qəhrəmana və Elgiz İbrahimova məxsus ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib.
 
Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

///

Ağdamda baş verən zəlzələ bəzi fəsadlar törədib.
 
Zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb.
 
Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.
 
Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb.
 
APA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə Ağdam, Bərdə və digər ətraf rayonlarda tələfat yoxdur. Bəzi ev və tikililərdə çatlar əmələ gəlib, şüşələr sınıb
 
Qeyd edək ki, axşam saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

///


Azərbaycan ərazisində zəlzələ baş verib.
 
APA-nın xəbərinə görə, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə - Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.
 
10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisindəı zəlzələ qeydə alınıb.
 
25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri