Səidə efirə çıxıb, Tacirin ona göndərdiyi videodan danışdı
- 21.11.2017, 16:09,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün ARB telekanalında Tacir Şahmalıoğlu və Səidə Sultan "Səhər-Səhər" verilişində üz-üzə gəliblər.
Bu yaxınlarda Tacirin açıqlamalarından birində "Müğənni qızla sevgili olmaq olar, gəlin gətirmək olmaz" ifadəsinə görə özündən çıxaraq efirdə sərt açıqlamaları ilə yadda qalan Səidə baş verənlərə aydınlıq gətirib.
Xanım ifaçı Tacir Şahmalıoğluna qarşı aqressiyalı çıxışının əsl səbəbindən danışıb:
"Saytlardan birində başlıqda bu statınızı gördüm. Cin vurdu təpəmə. Harada oturdum, dedim ki, "O söz xoşuma gəlmədi. Mən bilirəm ki, o sözü nə vaxtsa deyəcəm. Mən gözlədim ki, qarşı tərəfdən cavab gələcək. Tacir müəllim zəng edib: "Çox sərt danışmısan haqqımda" dedi. Mən də "Tacir müəllim, mənim də çevrəm var. İstəmərəm insanları pis yönəltmək" cavabını verdim. Tacir müəllim sözlərinin təhrif edildiyi bildirib "Sənə video göndərəcəm" dedi. Razılaşdım! Videonu göndərdi, baxdıq ki, yazıq kişi elə danışmayıb. Mənim Tacir müəllimə hörmətim böyükdür. O başlıq bir insanı insanın gözündən sala bilər. Hansı bir müğənni olursa olsun, həqiqətən elə bir şey demiş olsaydı, mən yenə həmin reaksiyanı verəcəkdim".
Tacir Səidənin fikrinə münasibət bildirib:
"Mənə dedilər ki, Səidə sənin haqqında belə danışıb. Mən bu qızı çox istəyirəm axı. Bizim aramızda xətir-hörmət var. Həmişə də görüşəndə bacı-qardaş kimi öpüşüb, görüşürük. Mən bir kəlmə dedim ki, "Səidə xanım, bu işdə anlaşılmazlıq var. Mən sizə bir video göndərirəm, baxın, öz fikrinizi mənə deyin".
Milli.az