Tbilisidə antiterror əməliyyatı davam etdirilir, atışma və partlayış səsləri eşidilir
- 22.11.2017, 08:25,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı davam etdirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hazırda xüsusi təyinatlılar şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.
“Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam etmıkdədir”, - deyə İnterpressnews.ge bildirir.
Gürcüstanın “Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
“Rustai-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.
****
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.
Məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib. “Rustai-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.