Tanınmış müğənnimiz əməliyyatdan sonra xeyli arıqlayıb



Azərbaycanlı müğənni Bahar Lətifqızı əməliyyat olunmasından danışıb.


LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, əməliyyatdan sonra 18 kilo çəki atıb: “Bu yaxınlarda əməliyyat olundum. 76 idim, indi 58 kilo oldum. Bu əməliyyatla piylərim çıxarıldı. Artıq hər şey yaxşıdı. Xeyli kilolardan əziyyət çəkirdim. Acı gözəm, boynuma alıram. Çox yeyirdim. Vaxtında o qədər yemək yeməmişəm deyə, indi çox yeyirəm. ( gülür) Biz görmüşük ki, insan 1 alma yeyər, kifayətlənər. Amma mən 5 alma yeməsəm, doymuram. Əməliyyat vasitəsi ilə mədəmi kiçiltmədim, sadəcə piylərdən qurtuldum. Düz 11 saat narkozda qaldım, 6 saat da əməliyyatım çəkdi. Əməliyyat zamanı çəkdiyim  o ağrıları indi düşünüb, nəfsimə güc gəlirəm. Elə bilirdim ki, nəfsimi qoruya bilmərəm. İnsan hər əziyyətə qatılaşa bilər. Hərçənd mənim uşaqlığım çətin keçib, amma mən bunu indi anladım”.







    
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri